ABŞ Suriyadan qoşunlarını çıxaracaq?

9-12-2024, 15:38           
ABŞ Suriyadan qoşunlarını çıxaracaq?
ABŞ İŞİD-ə qarşı mübarizə çərçivəsində Suriyanın şərqində hərbi mövcudluğunu qoruyub saxlayacaq.

TASS xəbər verir ki, bu barədə Bəhreynin paytaxtında keçirilən "Manama Dialoqu" forumunda çıxışı zamanı ABŞ müdafiə nazirinin köməkçisinin müavini Daniel Şapiro məlumat verib.

"Suriyadakı vəziyyət sürətlə inkişaf etdikcə, ABŞ böhrandan təsirlənən regiondakı tərəfdaşlarına təhlükəsizliklərini təmin etməkdə kömək etmək üçün onlarla sıx məsləhətləşmələr aparmağa davam edəcək. Bizim onlara sadiqliyimiz həmişəkindən daha güclüdür. Biz Suriyanın şərqində də mövcudluğumuzu davam etdirəcəyik - sırf İŞİD üzərində yekun qələbə üçün, bunun münaqişənin digər aspektləri ilə heç bir əlaqəsi yoxdur", - deyə o bildirib.

Pentaqonun nümayəndəsi əlavə edib ki, ABŞ qüvvələrini və tərəfdaşlarını qorumaq və İŞİD-in Suriyanın şərqində yenidən canlanmasının qarşısını almaq üçün lazımi tədbirləri görməyə davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.