KİV: Tramp İrana qarşı “maksimum təzyiq strategiyasına” qayıtmağı planlaşdırır

17-01-2025, 16:14           
KİV: Tramp İrana qarşı “maksimum təzyiq strategiyasına” qayıtmağı planlaşdırır
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İrana qarşı “maksimum təzyiq strategiyası”na, o cümlədən yeni genişmiqyaslı sanksiyalar paketinə qayıtmağı düşünür.

TEREF xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlər artıq fevral ayında tətbiq oluna bilər və onun İranın neft sənayesindəki əsas oyunçulara təsir edəcəyi gözlənilir.

Mənbələr bildiriblər ki, Trampın əsas müşavirləri arasında Tehrana qarşı sərt iqtisadi siyasətə qayıtmağın zəruriliyi ilə bağlı ümumi konsensus var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru