Blinken: Tramp Ukrayna üçün yaxşı sövdələşməyə nail ola bilər

18-01-2025, 12:08           
Blinken: Tramp Ukrayna üçün yaxşı sövdələşməyə nail ola bilər
ABŞ-nin yeni seçilmiş prezidenti, respublikaçıların lideri Donald Tramp Ukrayna üçün yaxşı sövdələşməyə nail ola bilər.

Bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

O bildirib ki, Tramp iqtidarı yaxşı və güclü sülh sazişi üçün çalışacaq:

“Əminəm ki, ukraynalılar istəsə, yeni administrasiya əlverişli sazişin bağlanmasına kömək edə biləcək”.

Bundan əlavə, Blinken ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin administrasiyası və digər beynəlxalq tərəfdaşları sayəsində Rusiyanın Ukraynanı özünə tabe edə bilmədiyini də vurğulayıb.

Qeyd edək ki, Tramp daha əvvəl hakimiyyətə gələndən etibarən 100 gün ərzində müharibəni bitirmək üçün çalışacağını bildirmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə savaşın bu il başa çatması üçün lazım olan hər şeyi edəcəyini söyləyib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru