Tramp Ukrayna müharibəsinin həlli müddətini 1 gündən 100 günə qaldırdı

Bu gün, 09:18           
Tramp Ukrayna müharibəsinin həlli müddətini 1 gündən 100 günə qaldırdı
ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa Ukrayna münaqişəsini 100 gün ərzində başa çatdırmaqla bağlı tapşırıq verib.

TASS xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Qəzetin qiymətləndirmələrinə görə, “Rusiya Prezidenti Vladimir Putinlə sazişin bağlanması Trampın təsəvvür etdiyindən daha çətin məsələ olacaq. O, seçkiqabağı kampaniya zamanı dövlət başçısı kimi vəzifəyə başlayana qədər münaqişəyə son qoyacağını bəyan edirdi".

Mənbələr Trampın Ukrayna üzrə danışıqlar prosesinin gedişinə şəxsən nəzarət etmək niyyətində olduğunu bildiriblər. Kelloqun keçmiş həmkarları onun müstəqil fiqur olmadığını və tamamilə prezidentin fikrindən asılı olduğunu iddia edirlər. Bu səbəbdən Kelloq guya ABŞ ilə Rusiya arasında "hər hansı real danışıqlara buraxılmayacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.