"Araz çayı üzərindəki avtomobil körpüsünün tikintisi bu ilin yazında başa çatdırılacaq" - İranlı nazir

23-01-2025, 12:18           
"Araz çayı üzərindəki avtomobil körpüsünün tikintisi bu ilin yazında başa çatdırılacaq" - İranlı nazir
İran-Azərbaycan sərhədində, Araz çayı üzərindəki avtomobil körpüsünün tikintisi bu ilin yazında başa çatdırılacaq.

IRNA xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan və İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.

Nazir, bununla yanaşı, Zəngilan rayonunun Ağbənd yaşayış məntəqəsindən başlayan və İran ərazisindən keçməklə Culfaya qədər uzanan yoldan da bəhs edib.

F.Sadiq həmçinin Astara Terminalının ölkələr arasında ticarət əlaqələrinin intensiv inkişafına xidmət etdiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru