NATO qoşunlarının Ukraynaya göndərilməsi eskalasiya ilə nəticələnəcək - Zaxarova

24-01-2025, 10:18           
NATO qoşunlarının Ukraynaya göndərilməsi eskalasiya ilə nəticələnəcək - Zaxarova
Diplomat qeyd edib ki, NATO qoşunlarının Ukraynaya müdaxiləsi Rusiya üçün qəbuledilməzdir.
NATO ölkələrinin kontingentinin Ukraynaya göndərilməsi nəzarət olunmayan şəkildə eskalasiyaya səbəb olacaq və bu, Rusiya üçün qəti şəkildə qəbuledilməzdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"NATO qoşunlarının Ukraynaya müdaxiləsi münaqişənin nəzarət olunmayan şəkildə eskalasiyası ilə təhdid edir və bu, Rusiya üçün qəti şəkildə qəbuledilməzdir", - diplomat bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski bu yaxınlarda Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Donald Trampa müraciət edərək, ABŞ-ın sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsini xahiş edib.
Zelenski vurğulayıb ki, Rusiyanın qarşısını almaq üçün Avropanın kifayət qədər hərbi qüvvəsi yoxdur. Bundan əlavə, prezident hesab edir ki, bu, Rusiya lideri Vladimir Putini sülhə sövq edə bilər.
Bu gün "The Financial Times" qəzeti yazıb ki, Avropa İttifaqına (Aİ) üzv olan dövlətlər Ukraynanı dəstəkləmək üçün vəsait üzündən səbəbindən bu ölkəyə hərbi kontingent göndərə bilər.
Bu yaxınlarda Fitso bildirib ki, Slovakiya hakimiyyəti Ukraynaya qoşun göndərilməsini dəstəkləməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru