Lukaşenko Trampın andiçmə mərasimində Maskın jestini pisləyib

27-01-2025, 00:10           
Lukaşenko Trampın andiçmə mərasimində Maskın jestini pisləyib
Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı iş adamı İlon Maskın ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindəki jestini pisləyib.

“Report” xəbər verir ki, bu barədə o, ölkəsində keçirilən president seçkilərindən sonra jurnalistlərə müsahibəsində deyib.

Belarus lideri vurğulayıb ki, belə insanlar Donald Trampı əhatə etməməlidir.

"Mən Mask haqqında əbəs yerə demədim. Niyə ekrana çıxıb milyonlarla insana qarşı nasist jesti göstərirsən? Axı biz amerikalılarla birlikdə buna qarşı mübarizə aparmışıq", - A.Lukaşenko bildirib.

Qeyd edək ki, yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra çıxışında Mask prezidentin tərəfdarlarına dəstəyə görə təşəkkür edib. Çıxışı zamanı o, sağ əlini sinəsinə qoyaraq, sonra onu yana uzadıb. Maskın bu hərəkəti sosial şəbəkələrdə və KİV-də İtaliya faşistləri və alman nasistlərinin göstərdiyi jestlə müqayisə edilməyə başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru