ABŞ dəstəyi geri çəkdiyi bir vaxtda, BMT-yə maddi dəstəyin azalacağı gözlənilir
27-01-2025, 17:34
Prezident Donald Trampın ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxacağını elan etməsindən sonra Birləşmiş Ştatların digər BMT agentliklərinə ayrılan maliyyəni azaldacağı gözlənilir. Amerikanı Səsinin Ağ Ev Bürosunun rəhbəri Patsi Vidakusvaranın bildirdiyinə görə isə, digər varlı ölkərin bu boşluğu doldurmaq ehtimalı azdır.
Birləşmiş Millətlər Təşkilatını maliyyə çatışmazlığı ilə üzləşəcəyi vaxtlar gözləyir. Belə ki, Bİrləşmiş Ştatlar öz beynəxalq öhdəliklərindən, o cümlədən Ümumdüya Səhiyyə Təşilatına üzvlükdən geri çəkilir.
“Bu 2023-cü il büdcəsinin 18 faizidir. Və dediyim kimi, ABŞ ən böyük donordur,” ÜST-ün sözçüsü Tarik Yasareviç deyib.
Bazar ertəsi Prezident Donald Tramp vəzifədəki ilk günündə bir sıra müxtəlif sərəncamlar imzalayıb. Onlardan biri ABŞ-ı beynəlxalq iqlim sazişi olan BMT-nin Paris Sövdələşməsindən çıxarmaq oldu.
“Çin cəzasıq qalaraq çirkləndirdiyi halda, Birləşmiş Ştatlar bizim öz sənayelərimizi sabotaj etməyəcək,” Prezident Donald Tramp deyib.
ABŞ bütün düyna boyu qlobal istiləşməyə səbəb olan fosil yanacaqlarının ən böyük istehsalçısıdır, eyni zamanda da BMT-də ən çox maliyyə dəstəyi verən ölkədir.
Çərşənbə günü Trampın BMT-yə səfir vəzifəsiə nominasiya etdiyi Elis Stefanik, Senatda namizədliyinin təsdiqlənməsi ilə bağlı dinləmədə deyib ki, təşkilatın uşaqlar üzrə agentliyi UNICEF və Dünya Ərzaq Proqramı BMT-nin effektiv agentlikləridir.
Ancaq başqa agentliklərə maliyyə kəsiləcək ki, buna fələstinli qaçqınara yardım edən UNRWA daxildir.
“Bizim vergi dollarlarımız Amerikanın maraqlarına zidd, antisemitizm və ya fırıldaqçılıq, korrupsiya və ya terrorizmlə məşğul olan qurumların dəstəklənməsində iştirak etməməlidir,” Stefanik deyib.
Tramp 2017-ci ildə ilk vəzifə müddətində BMT-nin bir çox agentliyinə maliyyəni azaldanda, Avropa İttifaqı ölkələri maliyyəni artırdılar.
Amma indi onların diqqəti Ukraynaya Rusiyanın hərbi müdaxiləsinə müqavimət göstərməyə yardım etmək üçün müdafiə xərclərini artırmağa yönəlib. Bunun bir səbəbi də Trampın Kyivə yardıma skeptik yanaşmasıdır.
“Birləmiş Ştatlarda artıq yeni administrasiya olduğuna görə, avropalılar üçün bizim ilki ölkəmiz Fransa və Almaniyanın vahid, güclü və suveren Avropanın möhkəmlənməsində öz rollarını oynaması həmişəkindən daha vacibdir,” Fransa prezidenti Emmanuel Makron deyib.
Bu arada, Çin çətin ki, BMT-tə maliyyəni artırsın.
“Çin rəsmiləri həmçinin realist bir şəkildə inanırlar ki, ölkələri bəzi iqtisadi çətinliklərlə üz-üzədir və onların dağıtmağa pulları yoxdur. Ona görə də qorxuram ki, BMT-nin üz tuta biləcəyi açıq-aydın alternativ maliyyə dəstəkçisi yoxdur,” Beynəlxaq Böhran Qrupundan Riçard Qovan deyir.
Bu ikinci dəfədir ki, Tramp ABŞ-ı planeti istiləndirən karbon emissiyalarını azaltmaqla qlobal istiləşməni sənaye dövründəki səviyyədən 2 dərəcə daha aşağı səviyyədə saxlamaq niyyətində olan 2015-ci il Paris Sazişindən geri çəkir.
2021-ci ildə isə Trampın sələfi Prezident Co Bayden vəzifədəki ilk günündə ABŞ-ı Paris sazişinə geri qaytardı.
Təhlilçilər deyir ki, ABŞ-da dəyişən mövqe başqa ölkələrin iqlimlə bağlı öhədliklərinə ciddi yanaşmamalarına gətirib çıxara bilər.
“Əgər Çin emissiyalarını daha az azaltsa və ya dünyadakı başqa ölkər emissiyalarını daha az azaltmağa başlasa, həmin ölkələr, müəyyən dərəcədə ABŞ-ı nümunə götürərək, emissiyaları azaltmadıqları üçün, ABŞ iqtisadiyyatına təsir göstərəcək ziyanlara səbəb olacaqlar. Ziyanlar qlobaldır,” Kornell Universitetindən Şeila Olmsted deyib.
İqlim fəalları Trampın qərarına etiraz edib. ABŞ rəsmi olaraq gələn il sazişdən çıxdıqdan sonra İran, Liviya və Yəmənlə yanaşı iqlim razılığında iştirak etməyən BMT ölkələri sırasına daxil olacaq.