ABŞ-də “Dəmir qübbə”yə bənzər sistemin yaradılır - Tramp fərman imzalayacaq

28-01-2025, 12:23           
ABŞ-də “Dəmir qübbə”yə bənzər sistemin yaradılır -
Amerikanın yeni administrasiyası ABŞ-də İsrailin “Dəmir qübbə”sinə bənzər raketdən müdafiə sisteminin yaradılması haqqında fərmanlar hazırlayır.

Bu barədə Pentaqonun yeni rəhbəri Pit Heqset jurnalistlərlə söhbətində bildirib.

“Bu gün əlavə fərmanlar veriləcəyi gözlənilir ki, biz bunu tam dəstəkləyirik”, - o deyib.

Heqsetin sözlərinə görə, fərmanlar ABŞ Müdafiə Nazirliyində müxtəliflik, bərabərlik və inklüzivlik (DEI, diversity, equality and inclusion) proqramlarının aradan qaldırılması, COVID ilə bağlı tələblərə görə işdən çıxarılan hərbi personalın bərpası və ABŞ-də “Dəmir qübbə”nin yaradılması ilə bağlı olacaq.

“Bu, tez baş verəcək” deyən Heqset ölkənin müdafiə naziri kimi bu fərmanların operativ şəkildə həyata keçirilməsini təmin edəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl də dəfələrlə İsrailin “Dəmir qübbə”sinə bənzər müasir raketdən müdafiə sisteminin yaradılmasına başalayacaqlarını bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru