Belarus ABŞ ilə əlaqə saxlayır - Lukaşenkonun mətbuat katibi
28-01-2025, 12:44
Belarus ABŞ-la ayrı-ayrı xidmətlər vasitəsilə əlaqə saxlayır və bu məlumat Rusiyaya məlumdur.
Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində prezident Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eysmont bildirib.
“Prezidentimiz artıq bu barədə danışıb – biz ayrı-ayrı xidmətlər vasitəsilə kiçik də olsa, əlaqə saxlayırıq. Rusiya da bundan xəbərdardır" , - deyən Eysmont ABŞ-ın yeni dövlət katibinin iki ölkə arasında qurulmuş əlaqələrin sübutu kimi Amerika vətəndaşının Belarus həbsxanasından azad edilməsi ilə bağlı bəyanatını şərh edərkən qeyd edib.
Bundan əlavə, mətbuat katibi vurğulayıb ki, Belarusun təmasları ABŞ-la məhdudlaşmır, Ukraynanı da əhatə edir.
“Bunun sayəsində, bildiyiniz kimi, Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi aparılır”, - deyə o əlavə edib.
Yanvarın 26-da ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, Belarus birtərəfli qaydada amerikalı Anastasiya Nuferi “ABŞ prezidentinin sayəsində” azad edib.
Lukashenko bir müddət əvvəl “möhtəşəm artist” Trampı hərəkətləri barədə düşünməyə çağırmışdı.