Tramp Misir və İordaniyanı daha çox fələstinli qaçqını qəbul etməyə çağırıb
28-01-2025, 15:18
ABŞ Prezidenti Donald Tramp deyir ki, o, regiondakı aktyorlar daha çox fələstinli qaçqın qəbul etməlidirlər. Tramp Air Force One-da ikən Qəzzanı “təmizləmək” və yeni başlanğıc etməklə bağlı görüşlərini bölüşüb. Amerikanın Səsinin müxbiri Araş Arabasadi təqdim edir.
Qəzzada köçkün düşən yüzlərlə fələstinli yardım üçün toplaşır. Onlar hasarın önündə çörək növbəsinə dayanıblar. Təmiz su üçün yük maşınının ətrafına toplaşıblar.
Burada insanlar deyir ki, onlar Qəzzanın şimalında evlərinə qayıtmağı gözləyirlər.
ABŞ Prezidenti Donald Tramp deyir ki, o, Qəzzada yeni bir başlanğıcın olmasını təmin etmək üçün regiondakı aktyorların üzərlərinə daha böyük rol almalarını istəyir.
“Mən Misirin insanları qəbul etməsini, İordaniyanın insanları qəbul etməsini istərdim. Söhbət milyon yarım insandan gedir..sonra da biz bütün hər şeyi təmizləyirik. Bir şey olmalıdır. Hazıda ora, sözün əsl mənasında, dağıntı yeridir. Demək olar hər şey dağılıb,” Prezident Donald Tramp deyib.
İordaniyanın xarici işlər naziri jurnalistlərə deyib ki, onun ölkəsi bu təklifi qətiyyətlə rədd edir.
HƏMAS rəsmisi deyib ki, Trampın sözləri fələstinlilərin evlərindən həmişəlik didərgin düşəcəklərinə dair qorxularını gücləndirir.
Trampın şərhləri HƏMAS-ın atəşkəs razılığının bir hissəsi olaraq dörd qadın əsgəri İsrailə qaytarmasından bir gün sonraya təsadüf edib.
İsrail isə bunun müqabilində 200 fələstinli məhbusu sərbəst buraxıb ki, onlar arasında ömürlük həbs cəzası çəkən 121 insan var.
Bu həftənin sonunda Tramp Bayden administrasiyasının qərarını ləğv edərək, İsrailə 901 kiloqramlıq bomabalar göndərməyə tətbiq olunan əngəli aradan qaldırıb.
“Prezident Tramp, İsrailə özünü müdaifə etmək, düşmənlərimizə müqavimət göstərmək və sülh və firavanlıq gələcəyini təmin etmək üçün ehtiyacı olan alətləri vermək sözünzü tutuduğunuza görə təşəkkür edirəm,” İsrailin baş naziri Benyamin Netanyahu deyib.
İsraillə HƏMAS arasında gərgin atəşkəs razılığı artıq ikinci həftəsinə daxil olub.
Beynəlxalq Xilasetmə Komitəsi isə deyir ki, son 15 aydır davam edən döyüşlər Qəzza əhalisinin təxminən 90 faizini köçkün vəziyyətinə salıb.