ABŞ ukraynalı qaçqınlara yardım proqramının bitdiyini rəsmən elan edib
Dünən, 11:38
Qərar 20 yanvar 2025-ci il tarixli "Sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi haqqında" fərmanla bağlıdır. ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) ukraynalı qaçqınlara yardım proqramının dayandırıldığını rəsmən elan edib. Müvafiq məlumat USCIS-nin saytında dərc olunub. Qərar 20 yanvar 2025-ci il tarixli "Sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi haqqında" fərmanla bağlıdır. Bu fərman çərçivəsində USCIS sponsorluq statusu almaq və maliyyə dəstəyi barədə bəyannamələrini təqdim etmək üçün zəruri olan I-134A forması üzrə müraciətlərin qəbulunu müvəqqəti olaraq dayandırır. Xatırladaq ki, ABŞ hakimiyyəti miqrantlara müvəqqəti olaraq ölkə ərazisində qalmaq imkanı verən bəzi proqramların işini dayandırıb. Bunlara "Ukrayna üçün birləşmək" (Uniting for Ukraine) təşəbbüsü də daxildir. Bundan əlavə, ABŞ dövlət katibi Marko Rubio demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsinin 90 gün müddətinə dondurulmasını əmr edib. Bu qərar Ukraynaya verilən dəstəyə də təsir edib.