“Çin və Hindistan Rusiya neftinin alışını dayandırdı” – “Reuters”
Dünən, 16:14
“Çin və Hindistan mart ayında tədarük üçün Rusiya neftinin alışını dayandırıb”.
Bu barədə “Reuters” agentliyi treyderlərə istinadən məlumat yayıb.
Bildirilib ki, bu, ABŞ sanksiyalarına məruz qalmayan tankerlərin kirayəsi üçün artan xərclərin fonunda baş verib.
Hindistanın neft və qaz şirkəti “Brant Petroleum Corp.” mart ayı üçün yeni təchizat təklifləri olmadığını bildirib. Onlar dekabr və yanvar ayları ilə müqayisədə yüklərin həcminin azalacağını gözləyirlər. Hindistan adətən hər ayın ortalarında Rusiyadan neft tədarükü ilə bağlı təkliflər alır.
Qeyd edilib ki, yanvarın 10-da ABŞ-nin neft-qaz sənayesinə və Rusiyanın kölgə donanmasının gəmilərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra məhdudiyyətlərə tabe olmayan tankerlərin kirayələnməsinin qiyməti bir neçə milyon dollar artıb. Bu, nəticədə Rusiyanın ESPO xam neftinin qiymətinin “ICE Brent” ilə müqayisədə bir barel üçün 3-5 dollar artmasına səbəb olub.
2024-cü ildə Hindistanın neft idxalının 36%-i və Çinin idxalının təxminən beşdə biri Rusiyadan gəlib. Yeni sanksiyaların tətbiqindən sonra ən azı 65 neft tankerinin Çin və Rusiya sahillərində lövbər saldığı bildirilir.
Yeniavaz.com