Mask Nobel sülh mükafatına namizəd oldu

30-01-2025, 10:47           
Mask Nobel sülh mükafatına namizəd oldu
Amerikalı milyarder İlon Mask insanların söz azadlığına verdiyi dəstək və sülhə olan töhfələrinə görə Nobel sülh mükafatına namizəd göstərilib.

NTV xəbər verir ki, bu təklifi Sloveniyadan Avropa Parlamentinin deputatı Branko Qrims verib.

Qrims "X" sosial şəbəkəsində paylaşdığı bir yazıda təklifinin Norveç Nobel İnstitutundan qəbul edildiyini bildirib. O, həmçinin Maskın namizədliyini irəli sürənlərə təşəkkür edib.

Xatırladaq ki, Mask 2024-cü ildə də Nobel sülh mükafatına namizəd olub. Həmin dövrdə bu təklifi norveçli deputat Marius Nilsen irəli sürmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru