TASS informasiya agentliyi xəbər verir ki, Avropa İttifaqı Ermənistandakı missiyasının mandat möhlətini daha iki illiyə - 2027-ci il fevralın 29-na qədər uzadıb. Avropa İttifaqı Şurasının qərarı ilə mülki missiyanın büdcəsi 44 milyon avro olub. Bu barədə Şuranın mətbuat xidməti xəbər verib. Bəyanatda qeyd edilir ki, Aİ-nin Ermənistandakı missiyası "Aİ-nin regionda sülh və sabitliyi qorumaq səylərinin mühüm tərkib hissəsidir. Missiya yerlərdə vəziyyəti müşahidə etməyə və hesabat verməyə, münaqişənin təsirinə məruz qalmış ərazilərdə insanların təhlükəsizliyini təmin etməyə və (mümkün olduqda) Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsinə dəstək verməyə çağırılır. Missiyanın mandatı dəyişməz olaraq qalır - bu, silahsız mülki missiyadır”. Sənəddə missiya əməkdaşlarının sayının 200 nəfərdən artıq olduğu qeyd edilib. Bura beynəlxalq və yerli personal daxildir. Sənəddə deyilir: "Müşahidəçilər və mülki ekspertlər 25 dövləti - Aİ üzvlərini və üçüncü tərəfi - Kanadanı təmsil edirlər".