"ABŞ öz ordusunu Suriyadan çıxaracaqmı?" - Tramp bu suala cavab verdi

31-01-2025, 16:12           
"ABŞ öz ordusunu Suriyadan çıxaracaqmı?" -
"Anadolu Agentliyi" xəbər verir ki, ABŞ administrasiyası öz ordusunu Suriyadan çıxarmaq məsələsi ilə bağlı qərar verəcək. ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Suriya Ərəb Respublikasının problemləri ilə məşğul olmamalı olduğunu söyləyib.
Tramp bu açıqlamanı brifinq zamanı verib.
İsrail mətbuatında dərc olunan xəbərlərdə Vaşinqtonun öz ordusunu Suriyadan çıxarmağı planlaşdırdığı bildirilib. Jurnalistlərin həmin xəbərlərin doğru olub-olmadığı sualının cavabında Tramp deyib: "Bunu kimin dediyini bilmirəm, lakin biz bununla bağlı qərar qəbul edəcəyik. ABŞ Suriyanın işlərinə qarışmamalıdır. Suriyanın öz problemləri var. Orada onsuz da qarışıqlıqdır. Biz buna qarışmamalıyıq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru