Trampın FTB-nin rəhbər vəzifəsinə nominasiya etdiyi Kaş Patel israr edir ki, onun "düşmən siyahısı" yoxdur
Bu gün, 16:34
Prezident Donald Trampın Federal Təhqiqat Bürosunun (FTB) rəhbər vəzifəsinə nominasiya etdiyi Kaş Patel cümə axşamı skeptik Demokratlara israr edib ki, onun “düşmən siyahısı” yoxdur və büro onun rəhbərliyi altında prezidentin əleyhdarlarından qisas almayacaq, nə də siyasi məqsədlərlə təhqiqatlara başlamayacaq.
“Mənim geriyə getməyə heç bir marağım və istəyim yoxdur və, əgər təsdiqlənsəm, bunu etməyəcəm,” Patel Senatın Ədliyyə Komitəsindəki mübahisəli təsdiq dinləmələrində deyib. “FTB-də heç bir siyasiləşmə olmayacaq. FTB tərəfindən heç bir qisas tədbiri görülməyək.”
Onun dedikləri cümə axşamı günü dinləmələr zamanı Pateli çox sayda qızışdırıcı ifadələri ilə qarşı-qarşıya qoyan Demokratların davamlı hücumlarının qarşısını almaq məqsədi daşıyıb. Onlar Patelin bu cür ifadələrinin onun prezidentə sadiqliyi ilə bağlı narahatedici suallar doğurduğunu deyib ki, buna, məsələn, mühakimə olunan 6 yanvar üsyançılarının bəzilərini “siyasi məhbus” kimi təsvir etməsi və hökumətdə və xəbər mediasında Tramp əleyhdarı “konspiratorların” təmizlənməsinə çağırışı daxildir.
“Bu gün burada bu namizədin ətrafında belə desək, inşa edilən fasad ilə onun real həyatda öz başına qalanda etdikləri və söylədiyi şeylər arasında ağlasığmaz fərq var,” Rod Aylenddən Demokrat senator Şeldon Uaythaus deyib. Onun həmkarı, Minnesotadan senator Emi Klobuşar isə daha sonra əlavə edib: “Bu, onun öz sözləridir. Bu hansısa konspirasiya deyil. Bu, əslində cənab Patelin özünün dedikləridir.”
Patel özünü müdafiə edərək, Demokratların onun şərhlərini və sosial mediadakı yazılarını “əcayib kontekstə” saldıqlarını təkid edib. O, “düşmənlər siyahısı”na malik olduğuna dair düşüncənin – onun 2023-cü ildə müəllifi olduğu kitabda , onun sözləri ilə desək, dərin dövlətin bir hissəsi olduğunu söylədiyi keçmiş hökumət rəsmilərinin uzun siyahısı var - “tamamilə yanlız qiymətləndirmə” olduğunu deyib.
“Mən FTB-nin direktoru kimi təsdiq olunsam, vacib olacaq yeganə şey, tamamilə Konstitusiyaya ciddi tabe olmağa və ədalətin vahid standartına həsr olunmuş silahlaşdırılmamış, siyasiləşdirilməmiş hüquq-mühafizə sistemi olacaq,” Patel deyib.
Patel noyabr ayında ölkənin baş federal hüquq-mühafizə orqanına yeddi ildən çox rəhbərlik edən, lakin onu təyin edən Trampa kifayət qədər sadiq olmadığına görə onun tərəfindən işdən kənarlaşdırılan Kristofer Reyi əvəz etməyə nominasiya edilib.
Patel Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin keçmiş köməkçisi və Trampın ilk administrasiyasında çalışmış keçmiş federal prokurordur. O, müəllifi olduğu onlarla podkast və kitabdakı ritorikası ilə tənqidçilərini təşvişə salıb. Belə ki, o, Trampa sadiqliyini nümayiş etdirib və indi rəhbərlik etməsi istənilən agentliyin qərar qəbul etmə qabiliyyətini tənqid atəşinə tutub.