Seçki qutusuna “Meydan TV”nin həbsdə olan əməkdaşlarının fotosunu atdığı deyilən fəalın saxlanıldığı bildirilir

Bu gün, 08:24           
Seçki qutusuna “Meydan TV”nin həbsdə olan əməkdaşlarının fotosunu atdığı deyilən fəalın saxlanıldığı bildirilir
Yanvarın 30-da saxlanılan ictimai fəal Cəlal Cavadov haqqında hələ də rəsmi məlumat yoxdur.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, Daxili İşlər Nazirliyindən Cavadovun saxlanılıb-saxlanılmadığı haqqında məlumat ala bilmir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna da hələ cavab verməyib.

Cəlal Cavadov (Mənbə: Sosial şəbəkə)
Öz növbəsində, fəalın anası oğlunun axtarışına kömək etmək xahişi ilə ombudsmana müraciət edib.

Yanvarın 30-da sosial şəbəkələrdə yanvarın 29-da bələdiyyə seçkiləri zamanı seçki qutusuna “Meydan TV”nin həbs edilmiş jurnalistlərinin fotoşəkillərini Cəlal Cavadovun atdığı haqqında məlumatlar yayılıb. Cəlal Cavadovun özü də bunun fotosunu çəkib öz sosial profilində yayıb.

Bundan sonra yanvarın 30-da onunla əlaqə kəsilib. Qeyri-rəsmi məlumatlara görə, fəalı polis saxlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.