Ukraynaya 3 milyard avro yardımla bağlı qətnamə qəbul edildi

1-02-2025, 09:48           
Ukraynaya 3 milyard avro yardımla bağlı qətnamə qəbul edildi
Almaniya parlamentinin üzvləri (Bundestaq) üzvləri Almaniya Azad Demokratik Partiyasının (ADP) Ukraynaya 3 milyard avroluq yardımı paketi barədə qətnaməsini qəbul ediblər.

Bu barədə TASS məlumat yayıb.

ADP-nin qətnaməsinin lehinə mühafizəkar Xristian Demokrat Birliyi və Xristian Sosial Birliyi (XDB/XSB) bloku səs verib.

"Almaniya üçün Alternativ", "Sara Vaqenknextin İttifaqı" və solçu partiyalar layihəyə qarşı çıxıblar.

Almaniya Sosial Demokrat Partiyası (ASDP) və "Yaşıllar" partiyasından olan parlament üzvləri səsvermədə bitərəf qalıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru