İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?

Bu gün, 11:29           
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Son vaxtlar İran irimiqyaslı və intensiv hərbi təlimlər keçirir. Bəzi beynəlxalq ekspertlər bunun iki məqsəd daşıdığını bildirirlər: İrana hücum etməyin lazım olmadığını dünyaya göstərmək və öz cəmiyyətini arxayınlaşdırmaq.

Bununla yanaşı, İranın ABŞ və İsrailə qarşı mümkün müharibəyə hazırlaşdığını deyənlər də var.

Globalinfo.az-a danışan siyasi təhlilçi Füzuli Qurbanov deyib ki, bu məqamlar rəsmi Tehranın və hərbi rəhbərliyinin davranışlarında çoxdan hiss olunur:

“İran bir-biri ilə kəsişən geosiyasi tendensiyaların ortasında qalıb. Bu vəziyyətdən ağıl və rasionallıqla çıxmaq yolunu tapa bilmədiyindən müxtəlif təhdidedici, qorxuducu addımlar atır. Dövlətin təzyiq və təsirlərə ağılla reaksiya verməməsi gücsüzlük və çarəsizliyinə işarədir. Bu baxımdan İran regionda və Cənubi Qafqazda təklənmiş dövlətdir. Avropa, Qərb, Yaxın Şərqdə İsrail onu qəbul etmir. Rusiya ilə hərbi əməkdaşlıq olsa da strateji, geosiyasi məqsədlərdə fərqliliklər var. Ona görə də tərəflər bir-biri ilə dil tapa bilmirlər”.

F.Qurbanovun sözlərinə görə, uzunmüddətli sanksiyaların təsiri nəticəsindən İranda sosial, iqtisadi və mədəni, mənəvi vəziyyət xeyli pisləşib:

“İran vətəndaşlarının bir sıra hüquqi problemlərinin olduğu məlumdur. Rəsmi Tehran üçün əsas problemlərdən biri son illər Yaxın Şərqdə və dünyanın müxtəlif yerlərindəki proksi qüvvələrinə vurulan zərbələrdir. Faktiki olaraq İranın bu sistemi zəiflədilib. Bütün bunlar İranı hərbi gücünü süni də olsa göstərməyə sövq edir. Tehran obyektiv mövqe tutaraq regionda kommunikasiya, əməkdaşlıq və təhlükəsizliyin “3+3″ formatı üzrə həllinə razılıq verərsə, bu vəziyyətdən sağ-salamat çıxacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.