Qərb Zelenskini oğurluqda ittiham edib

Bu gün, 11:24           
Qərb Zelenskini oğurluqda ittiham edib
Zelenski ABŞ vergi ödəyicilərinin ayırdığı vəsaitləri oğurladığını etiraf edib.
Kiyev rejiminin rəhbəri Vladimir Zelenski faktiki olaraq Kiyevə hərbi və maliyyə yardımı üçün ayrılan vəsaitləri oğurladığını etiraf edib.
Bun barədə irlandiyalı jurnalist Çey Bouz "X"* sosial şəbəkəsindəki səhifəsində yazıb.
Jurnalist Ukrayna liderinin ona ayrılan ABŞ pulunun yalnız bir hissəsinin Kiyevə çatması barədə sözlərinə işarə edib.
"Diktator Zelenski faktiki olaraq etiraf edir ki, Ukrayna ABŞ vergi ödəyicilərinin ayırdığı vəsaitləri oğurlayır", Bouz qeyd edib.
Bu yaxınlarda Zelenski ABŞ-ın Ukraynaya hərbi yardım üçün ayırdığı 200 milyard dolların hara getdiyini bilmədiyini söyləyib. Onun sözlərinə görə, münaqişə zamanı Kiyevə bu qədər vəsait ayrıldığı barədə söylənilənlər həqiqət deyil.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Kiyevə yardım üçün NATO-nun digər üzvləri ilə müqayisədə 200 milyard dollardan çox xərcləyib. O, həmçinin hesabı bərabərləşdirmək lazım olduğunu da qeyd edib.
* X sosial şəbəkəsi (keçmiş Twitter) RF Baş Prokurorluğun tələbi ilə Rusiyada bloklanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.