Rutte: “Aİ ABŞ-nin iştirakı olmadan özünü müdafiə edə bilməyəcək“

4-02-2025, 11:38           
Rutte: “Aİ ABŞ-nin iştirakı olmadan özünü müdafiə edə bilməyəcək“
Avropa İttifaqına (Aİ) üzv ölkələr ABŞ-nin iştirakı olmadan özlərini müdafiə edə bilməyəcəklər.
“Report” xəbər verir ki, bu fikri NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında bildirib.

"NATO-nun ABŞ olmadan mövcud ola biləcəyi ilə bağlı fərziyyə bir çox səbəblərə görə yanlışdır. ABŞ-siz Avropanın müdafiəsi bir çox səbəblərə görə mövcud ola bilməz", - o, deyib. M.Rutte həmin səbəbləri açıqlamayıb.

Baş katib söyləyib ki, Şərqi Avropada davam edən müharibə sadəcə Rusiya ilə Ukrayna arasında müharibə deyil, geosiyasi məsələdir: “Aİ və ABŞ ümumi ərazilərini birlikdə müdafiə etməyə qadirdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru