Rusiyalı diplomatların hərəkəti məhdudlaşdırılarsa, müvafiq addımlar atılacaq - Zaxarova
Bu gün, 12:38
![Rusiyalı diplomatların hərəkəti məhdudlaşdırılarsa, müvafiq addımlar atılacaq - Zaxarova](/uploads/posts/2025-02/1738877606_1.jpg)
XİN sözçüsü qeyd edib ki, Rusiya Qərb mediasında bu cür məhdudiyyətlərin tətbiqi ilə bağlı yayılan xəbərlərə ciddi yanaşır.
Aİ-nin yeni sanksiyalar paketinə rusiyalı diplomatların hərəkətinə məhdudiyyətlər daxil olarsa, Moskva avropalı diplomatlara qarşı müvafiq addımlar atacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz zəmanət veririk ki, qeyd olunan dağıdıcı planlar baş verərsə, cavab tədbirləri özünü çox gözlətməyəcək. Avropa İttifaqı ölkələrinin Rusiya Federasiyasındakı diplomatlarına müvafiq məhdudiyyətlər tətbiq olunacaq", Zaxarova deyib.
XİN sözçüsü qeyd edib ki, Rusiya Qərb mediasında bu cür məhdudiyyətlərin tətbiqi ilə bağlı yayılan xəbərlərə ciddi yanaşır.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.