"Armageddona gedən yol": ABŞ-da Trampın bir qərarına görə yeni müharibə proqnozlaşdırıldı

15-02-2025, 17:08           
"Armageddona gedən yol": ABŞ-da Trampın bir qərarına görə yeni müharibə proqnozlaşdırıldı
Makqreqor: MOAB bombalarının İsrailə verilməsi Yaxın Şərqdə yeni müharibəyə səbəb olacaq.
ABŞ tərəfindən İsrailə 11 tonluq MOAB aviasiya bombalarının verilməsi Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirəcək. Xüsusən də bu, yeni münaqişəyə səbəb olacaq.
Bunu Pentaqonun rəhbərinin sabiq müşaviri, polkovnik Duqlas Makqreqor sosial şəbəkələrdə qeyd edib.
Polkovnik MOAB bombalarının dağıdıcı gücə malik olduğunu xatırladıb. Bu cür silahları aldıqdan sonra Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail öz siyasətini kökündən dəyişə bilər. Hətta Fələstinə qarşı daha da aqressiya göstərməyə başlaya bilər.
"MOAB bombalarının İsrailə verilməsi faktiki olaraq bütün İslam dövlətlərini İsrail və ABŞ-a qarşı birləşdirəcək regional müharibənin olmasına zəmanət verir. Vaşinqton təkcə bu silahlarla kütləvi qətllərin törədilməsinə icazə vermir, Vaşinqton indi kütləvi qətllərdə Amerika xalqını günahlandırır", Makqreqor yazıb.
Pentaqonun rəhbərinin sabiq müşaviri həmçinin əlavə edib ki, İsrailin ABŞ-ın dəstəyi ilə bu cür addımlar atması digər ölkələrin də qəzəbinə səbəb olacaq. Nəticədə digər ölkələr İslam ölkələrinə yardım etməyə başlayacaqlar. Sonda isə hər şey daha böyük fəlakətə çevriləcək.
"Bu, Armageddona gedən yoldur", Makqreqor fikrini yekunlaşdırıb.
Bu yaxınlarda bildirilib ki, Vaşinqton artıq Təl-Əvivə silah tədarükünü təsdiqləyib. Üstəlik, bu tədarük yeddi milyard dollar məbləğindədir. İstisna deyil ki, bu tədarüklərdən biri də bütün bombaların "anası" adlandırılan MOAB olacaq. Bu silah hələ də dünyadakı ən güclü bombalardan biridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.