ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir - “Financial Times”

16-02-2025, 11:44           
ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir - “Financial Times”
ABŞ Avropa ölkələrindən Kiyevə hansı təhlükəsizlik zəmanəti verə biləcəkləri və Ukraynaya nə qədər sülhməramlı və texnika göndərə biləcəkləri barədə təkliflər vermələrini xahiş edib.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, belə bir sorğu bu həftə Avropa liderləri öz ölkələrinin Rusiya – Ukrayna müharibəsinin sülh yolu ilə həllində iştirakının zəruriliyi barədə danışmağa başlayandan sonra yayılıb.

"Biz iştirakımızı belə təmin edirik", – nəşrin mənbələrindən biri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru