Avropa İttifaqı Ukrayna ərazisinə 25-30 min hərbi qulluqçunun yerləşdirilməsi planını müzakirə edir.
Bu barədə Washington Post qəzeti yazır.
Qəzet qeyd edir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Moskva ilə birbaşa danışıqlara doğru sürətlə irəlilədiyi üçün Ukraynaya qoşun yeritmək perspektivi Avropa liderləri arasında prioritet qazanıb.
WP-nin məlumatına görə, tək Fransa təxminən 10.000 əsgər göndərə bilər.