Tramp husilərə görə İranı hədələdi

18-03-2025, 09:34           
Tramp husilərə görə İranı hədələdi
ABŞ Prezidenti Donald Tramp husi hücumlarının arxasında İranın olduğunu iddia edib.

Tribunainfo.az xəbər verir ki, Amerika lideri bu haqda “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, yeni hücumlar olacağı təqdirdə ABŞ yalnız üsyançılara zərbə endirməklə kifayətlənməyəcək.

“Heç kimin sizi aldatmasına imkan verməyin! Yəmən xalqının nifrət etdiyi husilərin, Yəməndə yaşayan şər quldurların həyata keçirdiyi yüzlərlə hücumlar İrandan qaynaqlanıb. Husilərin bundan sonrakı hər hansı hücumları və ya cavab hərəkətləri böyük güclə qarşılanacaq”, – deyə Tramp qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru