BMT Əfqanıstandakı missiyasının mandatını uzadıb

18-03-2025, 15:24           
BMT Əfqanıstandakı missiyasının mandatını uzadıb
BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım Missiyasının (UNAMA) müddətini daha bir il uzadıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, Əfqanıstanla bağlı keçirilən iclasda səsverməyə çıxarılan qətnamə layihəsi yekdilliklə qəbul edilib.


Qətnamədə UNAMA-nın səlahiyyətlərində heç bir dəyişiklik edilmədən missiyanın müddətinin 17 mart 2026-cı il tarixinədək uzadıldığı bildirilib.

Qeyd edək ki, UNAMA 2002-ci ildə BMT TŞ-nin 1401 saylı qətnaməsi ilə yaradılıb və hər il müddəti uzadılıb. Mərkəzi qərargahı Kabildə yerləşən UNAMA-nın təxminən 1 200 əməkdaşı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru