Zelenski G7 sammitinə dəvət edildi

18-03-2025, 11:18           
Zelenski G7 sammitinə dəvət edildi
Kanadanın yeni Baş naziri Mark Karni Ukrayna Prezidenti Volodimir Zelenskini “Böyük yeddiliy”in (G7) sammitinə dəvət edib.
Bu barədə “The Times” nəşri məlumat yayıb.
Zelenskini tərəflər arasında dünən baş tutan telefon danışığı zamanı G7 sammitinə dəvət edilib.
“Prezident Zelenski iyun ayında Albertada keçiriləcək G7 toplantısına dəvət olunub”, - Kanada hökumətinin sözçüsü söyləyib.
Qeyd edək ki, bu il G7-yə sədrlik edən Kanada iyunun 15-17-də ölkənin qərbindəki Alberta əyalətinin Kananaskis şəhərində sammitə ev sahibliyi edəcək.
Xatırladaq ki, G7-yə Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ daxildir. Martın 12-dən 14-dək G7-nin xarici işlər nazirləri Kanadanın La Malbe şəhərində görüşüblər. Kanada G7-yə 2025-ci il yanvarın 1-dən sədrlik etməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru