Tramp seçki rəqiblərinin də məxfi məlumatlara çıxışını dayandırdı

22-03-2025, 10:16           
Tramp seçki rəqiblərinin də məxfi məlumatlara çıxışını dayandırdı
ABŞ prezidenti Donald Trampın administrasiyası Kamala Harris, Hillari Klinton və Co Baydenin ailə üzvlərinin məxfi məlumatlara çıxışının dayandırılmasına dair sərəncam imzalayıb.

Musavat.com Ağ Evin rəsmi açıqlamasına istinadən xəbər verir ki, bu addımın səbəbi açıqlanmır.

Qeyd olunur ki, Entoni Blinken, Ceykob Sallivan, Liza Monako, Mark Zeid, Norman Eisen, Letitia Ceyms, Alvin Bragg, Andrey Veissman, Hillary Clinton, Elizabet Çeyni, Kamala Harris, Adam Kisincer və Co Bayden ailəsinin hər hansı üzvü məxfi məlumatlara çıxış imkanından məhrum edilib.

Bundan əlavə, bütün icra departamentləri və agentliklərinin rəhbərlərinə təyin edilmiş şəxslərin ABŞ dövlət obyektlərinin təhlükəsizliyini təmin etmək üçün müşayiətsiz girişini məhdudlaşdırmaq tapşırılıb. Bu məhdudiyyət həm də prezidentin gündəlik brifinqi də daxil olmaqla, məxfi brifinqlərdə iştiraka və kəşfiyyat ofisinin saxladığı məxfi məlumatlara çıxışa da aiddir.

Tramp bundan əvvəl keçmiş dövlət katibi Entoni Blinken və keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın məxfi məlumatlara çıxışını məhdudlaşdırmışdı. Bundan əlavə, ABŞ Baş prokurorunun keçmiş müavini Liza Monako, eləcə də Nyu-York əyalətinin baş prokuroru və Manhetten dairəsi prokuroru üçün giriş məhdudlaşdırılıb.

Bundan əvvəl Amerika lideri keçmiş prezidentin yaddaş problemlərini əsas gətirərək Co Baydenin məxfi məlumatlara çıxışının dərhal dayandırıldığını bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru