Tramp Rusiya-Ukrayna münaqişəsində Kiyevin tərəfini tuta biləcəyini istisna etməyib

30-04-2025, 12:34           
Tramp Rusiya-Ukrayna münaqişəsində Kiyevin tərəfini tuta biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp Ukraynanın tərəfini tuta biləcəyini istisna etməyib.
“Report” xəbər verir ki, o, bu barədə “The Atlantic” jurnalına müsahibəsində bildirib.

ABŞ liderinə Rusiya Prezidenti Vladimir Putinin hansısa hərəkətinin onun bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin tərəfində olduğunu deməsinə səbəb olub-olmayacağı ilə bağlı sual verilib.

"Zelenskinin tərəfində olmasa da, Ukraynanın tərəfində - bəli", - Ağ Evin sahibi cavab verib.

O, həmçinin fevralın 28-də Ağ Evdəki Oval kabinetdə keçirilən görüş zamanı Zelenski ilə mübahisəni xatırlayaraq, onunla "çətin vaxtlar" yaşadığını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru