Kelloq: Tramp Ukrayna və Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəs istəyir

Bu gün, 09:58           
Kelloq: Tramp Ukrayna və Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəs istəyir
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında hərtərəfli atəşkəsin əldə olunmasını istəyir.

APA xəbər verir ki, bu barədə onun xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalına müsahibəsində bildirib.

“Tramp Ukrayna ilə Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəsə nail olmaq niyyətindədir”, – deyə Kelloq vurğulayıb.

Onun sözlərinə görə, hər iki tərəf arasında dənizdə, havada və quruda heç olmasa müvəqqəti atəşkəs əldə olunmalıdır.

Kelloq qeyd edib ki, bu müddət daha sonra uzadıla bilər.

“Biz görürük ki, ukraynalılar buna hazırdır. İndi sıra ruslardadır, Putindədir. Bir tərəf razıdır, indi ikinci tərəfin hazır olması lazımdır. Düşünürəm ki, biz bu məqsədə yaxınlaşırıq”, – deyə Trampın nümayəndəsi əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.