Rusiyadan Stalinizmin ayaq səsləri: Rusların Stalinlə bağlı xahişi – Putin Sərəncam imzaladı

30-04-2025, 09:38           
Rusiyadan Stalinizmin ayaq səsləri:
Vladimir Putin Volqoqrad hava limanına “Stalinqrad” adı verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

*** 00:10

Putin Volqoqrad hava limanına “Stalinqrad” adının verilməsinə razılıq verib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Volqoqrad vilayətinin sakinləri, veteranlar və Ukraynadakı müharibənin iştirakçıları hava limanına “Stalinqrad” adının verilməsini xahiş ediblər. Bu müraciəti dövlət başçısına bölgənin qubernatoru Andrey Boçarov çatdırıb.

“Onların sözü mənim üçün qanundur. Elə də edəcəyik. Moskvaya qayıdan kimi hava limanına Stalinqrad adının verilməsi ilə bağlı fərman hazırlanacaq və imzalanacaq”, – deyə Putin bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru