Elektromobil sahiblərini gözləyən fantastik batareya xərcləri - VİDEO

Bu gün, 10:18           
Elektromobil sahiblərini gözləyən fantastik batareya xərcləri - VİDEO
Qiyməti 8500 manatdan başlayan elektromobil batareyaları...

TEREF Xəzər TV-yə istinadən bildirir ki, son dövrlər paytaxt küçələrində elektromobil idarə edən sürücülərlə tez-tez qarşılaşmaq olur. Bu avtomobillərin əksəriyyəti taksidə istifadə edilir. Sosial şəbəkələrdə bu avtomobillərin batareyaları ilə bağlı müxtəlif paylaşımlar edilir. Bu da elektomobil həvəskarlarında müxtəlif suallar yarıdır. Məsələn, bu avtomobillərin batareyaları hansı halda tez sıradan çıxır, qiyməti neçəyədir və s.

Elektromobil təmiri üzrə mütəxəssis Sübhan Abdullazadə deyir ki, batareyaların tez sıradan çıxmasının əsas səbəbləri kimi sürətli şarj, çox isti və ya soyuq hava şəraiti, həmçinin enerjinin tam bitməsi və ya tam dolmasıdır. Uzunömürlü istifadə üçün isə batareyanın dolmasını orta səviyyədə saxlamaq tövsiyə olunur.

O, əlavə edib ki, elektromobillər üçün batareyalar xaricdə istehsal olunduğundan, lazım olduqda oradan gətirilir. Müasir elektromobillər üçün batareyaları tək-tək dəyişmək olmadığından qiymətləri 8500 manatla 34 min manat arası dəyişir.

Usta bildirib ki, hibrid və ya plagin hibridlərdə batareya sistemi nisbətən ucuz olur. Eləcə də köhnə elektromobillərin batareyaları ucuz olduğu qədər də, gec tapılır.

Daha ətraflı videomaterialı təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru