Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 62 min 624 ədəd arı idxal olunub.
İdxalın ümumi dəyəri 212,46 min ABŞ dolları təşkil edib. Arılar əsasən İsrail və Türkiyədən gətirilib.
İsraildən 312 ədəd arı idxal olunub, bunun dəyəri 7,87 min ABŞ dolları olub. Beləliklə, 1 ədəd arının qiyməti 25,2 dollar və ya 42,8 manat təşkil edib.
Türkiyədən isə 62 min 312 ədəd arı gətirilib. Bu idxalın dəyəri 204,6 min ABŞ dolları olub. 1 ədəd arının qiyməti burada təxminən 3,28 dollar və ya 5,6 manat təşkil edib.