Bu, ABŞ ilə danışıqların bir hissəsi olaraq qalacaq - İran rəsmisi

Dünən, 10:44           
Bu, ABŞ ilə danışıqların bir hissəsi olaraq qalacaq - İran rəsmisi
İranın dondurulmuş aktivləri məsələsi həmişə ABŞ ilə danışıqların bir hissəsi olub və olacaq.
Bunu Nyu-Yorkda BMT-nin tədbirlərində iştirak edən İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.
"Söhbət sanksiyaların ləğvindən gedirsə, elementlərdən biri də dondurulmuş vəsaitlərin bərpasıdır. Bu, həmişə danışıqların bir hissəsi olub. Amma hələ də razılıq əldə olunmayıb", - o, jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Qaribabadi həmçinin qeyd edib ki, 2023-cü ildə Qətərdə 6 milyard dollarlıq dondurulmamış İran aktivlərinin bloklanması ABŞ ilə razılaşmaların pozulmasıdır.
"İran ABŞ ilə üzərinə düşəni, sövdələşmə üzrə öhdəliklərimizi yerinə yetirdi", - nazir əlavə edib.
Tehranın nüvə dosyesi ilə bağlı İran-ABŞ danışıqlarının beş raundu gözlənilən nəticə olmadan başa çatıb. Əvvəlcə İsrailin İrana qarşı hərbi əməliyyatı, daha sonra Vaşinqtonun Tehranın üç əsas nüvə obyektinə zərbələr endirməsi diplomatik prosesə son dərəcə mənfi təsir göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru