Elbəyi Həsənlidən Musavat rəhbərliyinə daha bir ittiham - Arif Hacılı və bandası, bunlara cavab verin!!!

6-06-2015, 16:39           
Elbəyi Həsənlidən Musavat rəhbərliyinə daha bir ittiham - Arif Hacılı və bandası, bunlara cavab verin!!!
Elbəyi Həsənlidən Musavat rəhbərliyinə daha bir ittiham! Elbəyi Həsənlinin Facebook profilində Musavat rəhbərliyinə verilən bu suallara cavab gözləyirik.
İttihamlarla dolu bui statusu sizə Teref. info təqdim edir!
Arif Hacılı və bandası, bunlara cavab verin!!!
Çoxlarının bilmədiyi bir cinayəti açdıq. Arif Hacılının Müsavat Partiyasını necə biznes toçkasınıa çevirdiyini və bu tarixi, siyasi, hüquqi cinayətdə ona kimlərin dəstək verdiyini faktlarla ortaya qoyduq.
Lakin Müsavat funksionerləri və onların tərəfdarları, Arif Hacılının ağıldan kəm, reaksioner qardaşları faktlara cavab vermək əvəzinə, söyüş, təhqir, təhdid, şantaja başladılar. Bu siyasi fahişələr, Müsavat qatilləri anlamırlar ki, biz də söz deməyi , yazmağı, yeri gələndə də söyməyi bacarırıq. Görünür, bunlar YENƏ İSTƏYİRLƏR Kİ, BU SÖYÜŞILƏRİ YIĞIB, BÖYÜKLƏRİNƏ GÖNDƏRİM...
Mühacir biznesinə girişən və bundan böyük paralar qazanan Hacılı bandası heç nəyi təkzib edə bilmədi. Bir dənə iddia-fakt da tərəflərindən sübutla yalanlana bilmədi.
Bizim əsas iddiamız nəydi:
- Son 6 ayda Müsavat Partiyası tərəfindən vətəndaşlara 483 arayış verilb. Əksəriyyəti də bu bandanın əsas fiquru olan Gülüğa Aslanlı tərəfindən imzalanıb. Bunları kimlərə və niyə vermişiniz? Ən əsası, neçəyə vermişiniz? Bu elə bir faktdır ki, prokurorluq orqanları dərhal üzə çıxaracaq! Çünki həmin arayışı satın alan vətəndaşların 90 faizi artıq ölkədə yoxdur, xaricə, mühacir olmağa gediblər. Təsəvvür edirsinizmi, miqyası? Bunlara cavab ver, Gülaga Aslanlı. Mən filan yerdə yox idim demən, səni bu cinayətdə olmaman anlamına gəlməz! Sən cinayətkarsan və həbs olunmalısan! Ki, Müsavat adından cinayət edən hər kəsə ibrət olsun.
- Demişdik ki, bu şəbəkənin xaricdə ortaqları var. Onlardan da ən əsası, Eldəniz Yusibovdur. Özünün sevgilisin Müsavatçı adıl ilə Belçikaya gətirib, orada ev tutub, saxlayır və üstəlik, xanımın yalanlarının Miqrasiya İdarəsi tərəfindən inandırıcı bulunmamasına görə, onun Müsavatın simvolu olan İsa Qəmbərlə fotosunu təşkil edir. Biz həmin fotonu da yayınlayırıq. Eldəniz bəyin sevgilisi olan bu xanım Belçika Miqrasiya xidmətinə bilirsinizmi nə deyib? Deyib ki, Bakıda mitinqlərdən sonra polislər aparıb, polis idarəsində onu qruppavoy zorlayıblar))))) Yəqin bu motivi də Eldəniz bəy ona başa salıb. Çünki bu qadına baxanda anlayırsan ki, ona siyasi mühcoir, əzab çəkən müsavatçı qiyməti vermək mümkün deyil. Ona ancaq belə şeylər uyardı. Onu da uydurublar. Özünə bu cür şər atan bir qadınla Eldəniz Yusibovun yaxınlıq səbəbini anladıq. Amma hansı ağıl və səbəblə belə bir qadını İsa bəylə görüntüləyib, həmin fotoları Miqrasiya İdarəsinə verirsən, Eldəniz Yusibov. Sən və sənin pədərsüxtə oğlun bu ittihama cavab verin!
- İsa Qəmbər bu bandanı müdafiəyə təşəbbüs göstərir. Əslində onu anlayırıq, İsa bəy özünü müdafiə edir. Arif Hacılı kimi bandit xislətli birisini partiyanın başqanı gətirmək onun bu həyatdakı ən böyük səhvidir. Üstəlik, ona görə özünün ən yaxın dostlarının üstündən xətt çəkib. İndi başqa yolu yox kimi görünür. Ancaq biz bilirik ki, İsa bəy ədalətli adamdır. Ortada bir cinayət var. Onun ehtiyaclar içərisində qaldığı bir zamanda, ətrafındakı insanları illərdir ki, partiyasını toçka kkmi işlədib, yüzminlər qazanırlıar.
- Belçikaya “müsavatçı” kimi sığınmış Elnur Mirzəyev dostu Mirzə Sakitin xahişi ilə bunların qarşısından geri çəkildi. Çünki ortada elə adamın adı dönür ki... Lakin onunla bağlıı fakt və ittihamlar hələ də açıq qalır. Kimsə onu cavablandıra bilmədi. Elnurda gerçək, başqanın imzaladığı Müsavat vəsiqəsi var. O, saxta deyil! Heç arayış da saxta deyil!
- Son aclıq aksiyasından dərhal sonra, həmin aksiyadakı şəkillərlə 5 “müsavatçı” İsveçə gəlib. Əli Ağayevin koordinatorluğu ilə. Bunları kim və neçəyə yollayıb?
Bunlara cavab verin. Müsavat rəhbərliyindəki banditlər!
P.S. Eldəniz Yusibovun mənəviyyatsız və pozğun xarakterini sübut edib, ortaya qoyduq. Sırada digər başqanlar, “rəhbərlər” və sevgililərdir. Növbəti dəfə elə Gülağa Aslanlıdan başlayaq. Hamı bilir ki, kimdir onun “adamuşkası” və hansı hərəkətlərdən çıxırlar...
Adları çəkilən hər kəsin fikirlərinə yer verməyə hazırıq!














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.