“Azərbaycan Qərbin əvəzsiz tərəfdaşına çevriləcək” – Ahoran Adibekyan

7-06-2015, 06:07           
“Azərbaycan Qərbin əvəzsiz tərəfdaşına çevriləcək” – Ahoran Adibekyan
“Yaxın iki ildə Bakıda keçiriləcək Avropa və İslam oyunları Azərbaycanın dostlarını daha da çoxaldacaq”.


Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, bunu Vahid Ermənistan blokunun həmsədri Ahoran Adibekyan deyib. Adibekyan bildirib ki, hazırki vəziyyətdə Azərbaycanı Cənubi Qafqazda əsas söz olmaqdan çəkindirəcək elə bir qüvvə yoxdur:


“Təsəvvür edin ki, dünyanın dörd yanından sizə qonaqlar gəlir. İdmançılar özləri ilə turistlər, jurnalistlər də gətirirsə bu əsl təbliğat deməkdir. Bu hal ölkəmizin əleyhinə işləyə bilər. Çünki onlar beynəlxalq nümayəndələrə bizim işğalçı olduğumuzu deyirlər. Serjik isə bu addımın önünə kəskin addım qoymaq iqtidarında deyil. Ermənistandan fərqli olaraq Bakı Qərblə münasibətləri həmişə isti saxlamağa çalışır. Məncə də bu onlarda alınır. Hətta, deyərdim ki, yaxın zamanlarda Azərbaycan Qərbin əvəzsiz tərəfdaşına çevriləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.