"Lenovo" dönə bilən ekranlı noutbuk təqdim edəcək

Bu gün, 16:44           
"Lenovo" dönə bilən ekranlı noutbuk təqdim edəcək
İddialara görə "Lenovo" növbəti həftə start götürəcək IFA 2025 sərgisində yeni nəsil, dönə bilən ekrana sahib noutbukunu təqdim edəcək.

Valyuta.az xəbər verir ki, artıq cihazın ilk görüntüsü də sızdırılıb.

Dünyanın ən böyük kompüter istehsalçılarından olan "Lenovo" yenilikçi konsept cihazları ilə tanınır. Bu dəfə ortaya çıxan sızma məlumatlar da “elmi-fantastik filmlərdən çıxmış” təsiri bağışlayan bir noutbuku göstərir.

Məşhur sızma mənbəyi Evan Blass-ın paylaşdığı fotoya əsasən, cihaz hazırda “Project Pivo” kod adı ilə hazırlanır və indiyədək bazarda gördüyümüz heç bir noutbuka bənzəmir. Ən diqqətçəkən xüsusiyyəti isə ekranın həm şaquli, həm də üfüqi formada dönə bilməsidir. Bu isə istifadəçiyə ehtiyacına uyğun fərqli istifadə imkanları yaradacaq.

Hazırda cihaz haqqında əlavə texniki detal açıqlanmasa da, "Lenovo"nun daha əvvəl şüşə ekranlı və sürüşdürülə bilən ekranlı noutbuk prototipləri ilə bazarda fərqləndiyini xatırlatmaq olar.

Yeni modelin bütün təfərrüatlarının isə 5 sentyabrda başlayacaq IFA 2025 sərgisində açıqlanacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru