SosDem-lərin müavinləri İrəvana gedir

8-06-2015, 17:42           
SosDem-lərin müavinləri İrəvana gedir
Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) sədrinin insan haqları üzrə müavini Saləddin Allahverdiyev və təbliğat-təşviqat məsələləri üzrə müavini Yaşar Əsədov Ermənistana səfər edib.

teref.aznun məlumatına görə, ASDP sədri Araz Əlizadə "Report"a açıqlamasında deyib ki, müavinləri Yerevana solçu partiyaların ittifaqı olan "Sosialist İnternasional" ("Sosintern") beynəlxalq təşkilatının Komissiya iclasında iştirak etmək məqsədilə gediblər.

Qeyd edək ki, iyunun 8-9-da keçiriləcək iclasa Rusiyadan, Ukraynadan, Gürcüstandan, Moldovadan, Qırğızıstandan, Qazaxıstandan, Belarusdan, Macarıstandan nümayəndələr qatılacaq. Toplantıda dünyadakı münaqişələrin "həll edilməsi" və "demokratiyanın inkişafı" ilə bağlı müzakirələr aparılacaq.

Xatırladaq ki, "Sosialist İnternsional" ("Sosintern") beynəlxalq təşkilatının iclası 2010-cu ildə Azərbaycanda keçirilib. İclasa Ermənistan Daşnaksütyun Partiyasının nümayəndələri və erməni deputatlar qatılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru