“Müsavat Partiyası milli dəyərlərə arxa çevirir”

9-06-2015, 12:27           
“Müsavat Partiyası milli dəyərlərə arxa çevirir”
“Müsavat Partiyası ilk Avropa Oyunlarının baykot olunması çağırışını səsləndirməklə, milli dəyərlərə arxa çevirdiyini və dövlətçilik maraqlarını ikinci planda tutduğunu bir daha cəmiyyətə nümayiş etdirdi”.

Bu sözləri Editor.az-a açıqlamasında Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov söyləyib.

Onun sözlərinə görə, siyasi mövqeyindən və baxışlarından asılı olmayaraq, bu hər bir azərbaycanlının uğurudur:

“İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin diplomatik uğurudur. Bu tədbir Azərbaycan həqiqətlərinin dünyaya yayılması, milli-mənəvi dəyərlərimizin təbliği baxımından mühüm hadisə olmaqla yanaşı, həm də ölkəmizə turist axınını gücləndirəcək. Yəni, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ümumilli bir uğurdur. Əgər hər hansı partiya ümumilli məsələdə belə xain mövqedən çıxış edirsə, bu yalnız nifrətə layiqdir. Onsuz da Müsavat Partiyası bu yolla heç nəyə nail olmayacaq. Sadəcə, özlərini gülünc vəziyyətə qoyacaqlar. Hesab edirəm ki, bu hadisədən Müsavatın siyasi iddialarla çıxış etməsi absurddur və bu olmamalıdır da”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.