Fransanın prezidentliyə namizədi: "“Müstəmləkəçilik gerçək bir barbarlıqdır, bu keçmişimizlə üzləşərək, .."
21-02-2017, 12:08
Fransanın sürpriz və iddialı prezidentliyə namizədi Emmanuel Macron qeyri-adi şərhlərinə daha bir yenisini daha əlavə edib. Ancaq bu dəfə Fransa tarixinin qaranlıq dövrlərindən biri olan müstəmləkəçilik keçmişinə toxunan Macron, köhnə müzakirəni yenidən alovlandırıb. Avropa.info xəbər verir ki, ölkədə bir həftə boyunca davam edən mübahisələrə yol açan açıqlamalar verən Macron, sağ və aşırı sağçı rəqiblərinin sərt reaksiyaları ilə qarşılaşıb. Solçu rəqiblər isə Macronu opportunistlikdə ittiham edib. Ötən həftə Əlcəzairə səfərə gedən Macron burada yerli bir televiziya kanalına verdiyi açıqlamada, Fransanın müstəmləkəçilik tarixinin insanlığa qarşı bir cinayət” olduğunu söyləyib. “Müstəmləkəçilik gerçək bir barbarlıqdır, bu keçmişimizlə üzləşərək, bu hərəkətləri etdiyimiz ölkələrdən üzr istəməliyik” deyə Macron bildirib. Macronun bu sözləri ölkədə ciddi təpkilərə səbəb olub. Qeyd edək ki, Fransa ötən əsrdə Əlcəzairdə qətliam törədib.