Almaniya iki böyük partiyanın baş nazir namizədlərini üəyyənləşdirməsindən sonra seçki atmosferinəgirdi. Son yayımlanan anketlərə görə Merkelin partiyası öndə gedir. Avropa Parlamentinin keçmiş sədri Martin Şults Sosial Demokrat Partiyanın baş nazirliyə namizəd elan edildikdən sonra partiya seçki anketlərində sıçrayış etmişdi. Ancaq son araşdırmalara görə Sosial Demokrat Partiyasının səsi artıq enməyə başlayıb. “Bazar günü seçki olsa, hansı partiyaya səs verərdiniz?” sualı qoyulmuş anketdə sosial demokratların reytinqi bir bal azalaraq, 30% səviyyəsinə enib. İki həftə idi ki, Sosial Demokrat Partiyası Xristian Birlik partiyalarsının önündə gedirdi. “Bild” qəzeti üçün araşdırma şirkətinin hazırladığı anket Baş nazir Angela Merkelin lideri olduğu Xristian Birlik partiyalarının (CDU / CSU) təxmini səs nisbətinin 1,5 bal artaraq 31,5%-ə yüksəldiyini göstərib.