Rusiyadan Qarabağda qorxunc müharibə xəbərdarlığı - "Ciddi hazırlıq gedir"

22-02-2017, 16:36           
Rusiyadan Qarabağda qorxunc müharibə xəbərdarlığı - "Ciddi hazırlıq gedir"
“Qarabağda yeni müharibə qaçılmazdır. Çünki tərəflər arasında danışıqlar yoxdur. Həmçinin, toqquşma təkcə Qarabağ zonasında yox, Ermənistan-Azərbaycan sərhədində də ola bilər”
teref.az publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib.

Onun sözlərinə görə, münaqişə tərəfləri yeni müharibəyə ciddi şəkildə hazırlaşır: “Mən toqquşmanın konkret nə vaxt olacağını deyə bilmərəm, lakin bu, gec-tez baş verəcək. Hücumun kimin başlayacağını da dəqiq deyə bilmərəm. Müharibənin miqyasının nə qədər ola biləcəyini də demək çətindir. Bu, ötən ilin aprelində olduğu kimi də baş verə, yaxud daha genişmiqyaslı və uzun müddətli ola bilər. Lakin yenə deyirəm, yeni hərbi toqquşma mütləq baş verəcək. Ümid edə bilərik ki, bu dəfə də toqquşmalar apreldəki kimi qısa müddətli olsun”.

Hərbi ekspert vurğulayıb ki, münaqişə ilə bağlı siyasi proses donub, əvəzində Ermənistan və Azərbaycan orduları ciddi şəkildə müharibəyə hazırlaşır: “Onu da bildirim ki, müharibənin başlaması üçün kimin birinci güllə atmasının əhəmiyyəti yoxdur. Çünki tərəflər hər gün üz-üzədir və güllələr atılır”.

P.Felqenqauer qeyd edib ki, yeni eskalasiya Rusiyaya lazım deyil: “Kremlin başqa qayğıları var: Suriya, Ukrayna, Trampla anlaşma. Əgər Qarabağda toqquşma baş verərsə, bu, Rusiya üçün əlavə yükdür və Moskva tərəflərə atəşi dayandırmaq üçün təzyiq göstərəcək, tərəfləri inandırmağa çalışacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.