İƏT-in baş katibi: "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməlidir"

14-03-2017, 08:27           
İƏT-in baş katibi: "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməlidir"
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Üseymin Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərini azad etməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Baş katib İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərindəki baş qərargahında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edərək beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməyə çağırıb.
Yusif bin Əhməd əl-Üseymin Ermənistanı Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz boşaltmağa çağırıb. "Xocalı faciəsi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin nəticəsidir" – deyə baş katib bildirib.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi həmçinin İƏT ölkələrini Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün bu ölkəyə təzyiq göstərməyə çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.