Hillari Klinton seçkilərdə məğlub olmasının səbəblərini açıqlayıb

1-06-2017, 08:05           
Hillari Klinton seçkilərdə məğlub olmasının səbəblərini açıqlayıb
ABŞ prezidentliyinə sabiq namizəd Hillari Klinton 2016-cı il prezident seçkilərində məğlub olmasının səbəblərini açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə “The Hill” xəbər verib.

H.Klinton uğursuzluğunu Moskvanın müdaxiləsi, kiberhücumlar, sabiq Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi və bir sıra KİV-lərin fəaliyyəti ilə əlaqələndirib.

Sabiq dövlət katibi deyib ki, KİV-lər seçicilərin diqqətini ABŞ-da indiyədək qadın prezidentin olmamasında yönəldib. H.Klinton həmçinin qeyd edib ki, prezidentliyə namizədliyi təsdiqləndikdən dərhal sonra Demokrat partiyasının Milli komitəsinin iflasın astanasında olduğunu, maliyyə məsələlərində Respublikaçılar partiyasından geridə qaldığını müşahidə edib.

Donald Tramp buna cavab olaraq bildirib ki, H.Klinton hələ də məğlubiyyətini həzm edə bilmir.

“İndi Hillari özündən savayı hamını günahkar hesab edir, uğursuz namizəd olduğunu etiraf etmək istəmir. “Feysbuk” və hətta Demokrat partiyasının Milli komitəsinə də yetib”, D.Tramp özünün “Tvitter” hesabında yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru