ABŞ Suriya kürdlərini silahlandırır! – Türkiyə narahatdır…
1-06-2017, 08:25
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriya kürdlərinə silah göndərməsi Türkiyəni bərk narahat edib.
Qardaş ölkənin xarici işlər naziri Mövlut Çavuşoğlu ABŞ-ın bu addımını qınayıb.
«Bu hərəkətlər Suriyanın ərazi bütövlüyü üçün həddindən artıq təhlükəlidir. Bundan başqa, həmin silahlar Türkiyəyə qarşı da istifadə oluna bilər» – deyə, «Agence France-Presse» türkiyəli diplomatdan sitat gətirir.
Bu ərəfədə Pentaqon «Suriya demokratik qüvvələri»nə (SDQ) silah göndərildiyini xəbər verib. Bu birləşmələr Rakka şəhərinin «İslam dövləti» qruplaşmasından azad edilməsi əməliyyatlarında iştirak edirlər.
SDQ-nin əsas gücü – «Xalq özünümüdafiə qüvvələri» (XÖQ) – kürdlərin Suriyadakı «Demokratik ittifaq» (Dİ) partiyasının hərbləşdirilmiş qanadıdır. Ankara Dİ və XÖQ-ni Kürd İşçi Partiyasının (PKK) Suriyadakı özəkləri hesab edir. Məlumdur ki, PKK neçə illərdir, Türkiyə hakimiyyəti ilə mübarizə aparır və bu ölkədə terror təşkilatı kimi tanınıb.
Buradan belə bir yanlış nəticə çıxarmaq olar ki, guya ABŞ (və onun «koalisiya xoru») terrorçu qruplaşma ilə mübarizədə digər terrorçu qrupla əməkdaşlıq edir. Əslində isə, belə davranışı ilə Birləşmiş Ştatlar «terrorla mübarizə» adı altında çox məkrli və uzaqmənzilli məqsədləri üçün bölgədəki kürdlərin «qladiator xidməti»ndən məharətlə bəhrələnir. Bunun ideoloji əsasları isə beynəlxalq sionizmdən qaynaqlanır. İsrailin keçmiş Prezidenti Ariyel Şaron əbəs yerə deməmişdi ki, «ABŞ-ı yəhudilər idarə edirlər, amerikalılar özləri də bunu yaxşı bilirlər…».
AzPolitika.info