“Avropa dərin iqtisadi və mənəvi böhran içərisindədir” - Azərbaycan prezidenti

13-07-2015, 18:13           
“Avropa dərin iqtisadi və mənəvi böhran içərisindədir” - Azərbaycan prezidenti
“Bu ilin 6 ayının yekunları çox müsbətdir və Azərbaycan uğurla inkişaf edir”.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət bildirib deyib ki, son 6 ayda iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb, sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 1 faizdən çox artıb: "Ölkədə infilyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub, kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub. Hazırda dünyanın müxtəlif yerlərində xoşagəlməz proseslər müşahidə edilir, Yaxın Şərqdə qanlı toqquşmalar dayanmayıb, Avropa dərin iqtisadi və mənəvi böhran içərisindədir, bütün bunlar bizi düşünməyə vadar edir. Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur, biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”.

Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıqda da Azərbaycanın milli maraqları əsas götürülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru