Jirinovski yenə sərsəmlədi - Qarabağı Rusiyaya birləşdirməyə çağırdı

19-07-2017, 19:08           
Jirinovski yenə sərsəmlədi - Qarabağı Rusiyaya birləşdirməyə çağırdı
Keçmiş SSRİ-nin münaqişəli regionlarının yenidən alovlanmasına yol verməməyin tək yolu var – onların hamısını bir respublikanın tərkibinə qaytarmaq.
Avropa.info xəbər verir ki, jurnalistlər qarşısında bu açıqlama ilə Rusiyanın LDPR partiyasının sədri Vladimir Jirinovski çıxış edib.
“Donbas, Dnestryanı bölgə, Abxaziya, Osetiya, Qarabağ. Həll yolu birdir – keçmiş quruluşun dirçəldilməsi. Bunsuz qan və zorakılıq onlarla il davam edəcək” – Jirinovski belə deyib.
LDPR sədrinə görə, ölkənin birləşdirilməsi prosesi sadəcə referendum köməyi ilə keçirilə bilər. Onun sözlərinə görə, keçmiş SSRİ respublikalarından heç kəs Rusiya ilə bir ölkə olmaqdan imtina etməyəcək.
“Tək böyük referendum. Normal referendum şəraitində Pribaltika daxil hər kəs SSRİ sərhədlərinə qayıdacaq” – Jirinovski belə düşünür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.