Azərbaycanda heç bir jurnalist fəxri ada iddia etməməlidir.
15-07-2015, 21:53
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatın 140 illiyi münasibəti ilə 800-dən çox jurnalistin fəxri ad almaq üçün müraciət etdiyini bildirib. Jurnalistlərin fəxri ada kütləvi maraq göstərməsi media ekspertləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev hesab edir ki, məlum tendensiya hər şeydən öncə müstəqil jurnalistikanın sürətlə tənəzzül etdiyini göstərir: “Azərbaycanda heç bir jurnalist fəxri ada iddia etməməlidir. Çünki jurnalistlərin peşə kodeksində fəxri adlar, dövlət orqanlarından mükafat almaq qadağan olunur. Normal ölkələrdə normal jurnalist yalnız və yalnız həmkarlarlar təşkilatlarının, jurnalist birliklərinin və öz redaksiyalarının mükafatlarını ala bilərlər. 800 jurnalistin fəxri adlar üçün müraciət etməsi, bu qədər insanın özünü bu ada layiq görməsi o deməkdir ki, Azərbaycanda müstəqil jurnalist adına çox az insan var”.